AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mərkəzi Bankdan valyuta bazarı ilə bağlı açıqlama

  • + A
  • - A
  • Bu gün, 15:42

    img]https://azadmedia.az/uploads/posts/2026-09/1788781431_images.jpg[/img]

    Azərbaycanın valyuta bazarında təklifin tələbi üstələməsi davam edir.

    Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı məlumatda bildirilib ki, buna tədiyə balansının cari əməliyyatlar hesabında profisit və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi şərait yaradıb.

    Qeyd olunub ki, bu fonda 2026-cı ilin avqust ayında AMB tərəfindən 1,5 milyard ABŞ dolları həcmində alışyönlü valyuta müdaxiləsi həyata keçirilib.

    Müdaxilələr nəticəsində cari ilin ötən dövründə Mərkəzi Bankın valyuta ehtiyatları 3,8 milyard dollar və ya 33 faiz artıb. Beləliklə, ehtiyatların həcmi 15,3 milyard ABŞ dollarına yüksəlib.

    AMB valyuta ehtiyatlarının rekord həddə çatmasını bazarda xarici valyuta təklifinin tələbi üstələməsi ilə izah edib.

    Mərkəzi Bankın məlumatına görə, bazardan alınan xarici valyutanın gələcəkdə bazarda yaranacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara qaytarılması mümkündür.

    Qurum makroiqtisadi sabitliyin qorunması məqsədilə valyuta bazarında alış və ya satışyönlü əməliyyatlar həyata keçirəcəyi təqdirdə bununla bağlı ictimaiyyətə məlumat verəcəyini açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR