AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyon dollara əmlak aldı – Detallar

  • + A
  • - A
  • Bu gün, 13:15

    Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyon dollara əmlak aldı – Detallar

    AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızı Məlahət (Mila) Əsgərovanın Nyu-Yorkda milyonlarla dollar dəyərində əmlak aldığı iddia olunur.

    Jurnalist Cavanşir Həsənli sosial şəbəkədə paylaşdığı məlumatda bildirib ki, söhbət Manhettenin Çelsi rayonunda yerləşən iki kommersiya obyektindən gedir.

    Onun sözlərinə görə, 543 West 25th Street ünvanındakı obyektlər iyunun 30-da 7,5 milyon dollara alınıb. Ümumi sahəsi 434,6 kvadratmetr olan əmlak M.Əsgərovanın sahibi olduğu “MRCRI Prop” LLC şirkəti vasitəsilə əldə edilib.

    Satıcı tərəfin isə Duqlas Kent Uollanın sahibi olduğu “Marlborough Gallery” ilə əlaqəli “Marlborough Real Estate” LLC olduğu qeyd edilir.

    C.Həsənli əmlakın biznes məqsədilə, ehtimal ki, “Gazelli Art House” üçün istifadə olunacağını yazıb.

    Jurnalist həmçinin Duqlas Uollanın Nyu-Yorkun incəsənət bazarında uzun tarixçəsi olan qalereya rəhbəri və kurator kimi tanındığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR