AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir: Metal hasilatı artırılacaq

  • + A
  • - A
  • Bu gün, 16:15

    Nazir: Metal hasilatı artırılacaq

    Azərbaycanda mis, qızıl və gümüş üzrə hasilat və istehsalın artırılması planlaşdırılır.

    Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə deyib.

    Nazir bildirib ki, mis istehsalı əhəmiyyətli dərəcədə artırılacaq. Qızıl istehsalının isə mövcud və yeni layihələr hesabına genişləndirilməsi nəzərdə tutulur.

    Onun sözlərinə görə, bunun nəticəsində mis, qızıl və gümüş üzrə ümumi ixracın 2025-ci ildəki 600 milyon manatdan 2030-cu ildə 1,6 milyard manata çatdırılması gözlənilir.

    M.Cabbarov qeyd edib ki, göstərilən məbləğ 2025-ci ilin orta dünya qiymətləri əsasında hesablanmış proqnozdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR