Musa Quliyev: Gələn il orta aylıq pensiya 640 manat olacaq

Prezident İlham Əliyev YAP-ın VIII qurultayında ölkədə sosial siyasətin daha da təkmilləşdirilməsinin və əhalinin rifahının yüksəldilməsinə yönələn tədbirlərin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Bu barədə Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il üzrə büdcə layihələrinin müzakirəsi zamanı komitə sədri Musa Quliyev bildirib.
O qeyd edib ki, dövlət başçısı əməkhaqlarının, pensiyaların və müavinətlərin artırılacağını da bəyan edib. Bu qərarların əhalinin gəlirlərinin yüksəlməsinə mühüm töhfə verəcəyi gözlənilir.
M.Quliyevin sözlərinə görə, 2026-cı ildə əmək pensiyalarının orta aylıq məbləğinin 595 manat olacağı proqnozlaşdırılır. 2027-ci ildə isə bu göstəricinin 45 manat artaraq 640 manata çatacağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.