"Vətəndaş-məmur əlçatanlığının təmin olunması üçün Birlik rəhbərinin tapşırığına əsasən bütün regionlar üzrə vətəndaşlarla görüşlər keçirilir, onların qaz təchizatı ilə bağlı problemləri yerindəcə dinlənilir. Bu gün də bura gəlişimizin məqsədi budur". Bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Əsaslı tikinti şöbəsinin rəis müavini Əkrəm Əkbərli "Açıq mikrofon" aksiyası çərçivəsində Tovuz rayonunun Çatax kəndində keçirilən görüş zamanı bildirib. Aksiyaya rayonun Səfərli, Mollalar, Hacılar, Kazımlı kəndlərindən üz tutan sakinlər bu kəndlərin qazlaşdırılmasını xahiş ediblər. Vətəndaşlar mavi yanacaq olmaması səbəbindən alternativ olaraq odundan istifadə etdiklərini, bunun da əlavə xərc olduğunu qeyd ediblər. Ünvanlanan suallar Birliyin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.