Ağcabədi rayonunda keçirilən “Açıq mikrofon” aksiyasında bu dəfə Qaraxanlı, Hacılar, Taynaq və Poladlı kəndlərinin sakinləri iştirak edib. Sakinləri “Səyyar qəbul otağı”na gətirən səbəb adıçəkilən kəndlərin mavi yanacaqla təchiz edilməsi olub. Mikrofon önünə çıxan 8 sakindən 6-sı həmin kəndlərin qazlaşdırılmasını xahiş edib. Aksiyada səslənən digər 2 müraciət isə fərdi yaşayış evinin qazlaşdırılması və borca görə dayandırılmış qaz təchizatının bərpasına köməkliyin göstərilməsindən ibarət olub. Tərtər RQİİ-nin rəhbər şəxsləri ünvanlanan problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.