AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Eşq deyə - deyə kül oldum..." - Paşa Talıblı

  • + A
  • - A
  • 23-03-2021, 10:34



    Eh, aşıq şerinin dirisiyəm mən...
    İşığa qaçırdı işıqdan düşən!
    ...kimsə kisə bilib silkələsəydi,
    taledi ya mizrab aşıqdan düşən.

    Nə idi dağların qalları orda?
    ...ya ayran ya ayranaşı qalıydı?
    Ələsgər dövrüydü aşıq şerinin...
    Onda dövrün adı Aşıq Alıydı!

    ...dəhlizin yolları çəkilməmişdi,
    daralan kəhrizin cığırı idi.
    Çox dedim "bənd olma aşıq deyənə"...
    Aşıq gördüyünü çağırır - dedim!

    Bir aşıq şeri də deyişmələrdi...
    Misilli misralar deyişdirmişəm.
    Bu şer də köhnədi, təzə yazmadım;
    Yazılma vaxtını dəyişdirmişəm.


    *
    ...mən də eşq ilə canında
    tufan əsdirən dərvişəm!
    Eh, bir gün canından küsən,
    bir gün küsdürən dərvişəm!

    ...barım var, bağ yerim yoxdu,
    havam var, dağ yerim yoxdu.
    Canımda sağ yerim yoxdu—
    yara düzdürən dərvişəm!

    ...əlliyə əlsizmi gərək?
    ...dilliyə dilsizmi gərək?
    Dərviş könülsüzmü gərək?
    Könül gəzdirən dərvişəm!


    *
    ...unudacam yeri - göyü,
    aləmi qoyub gedəcəm!
    ...dünya beləmi qalacaq?
    Beləmi qoyub gedəcəm?!

    ...gün içində bir gün oldu -
    şeh altında bir gül oldum!..
    ...eşq deyə - deyə kül oldum -
    haləmi qoyub gedəcəm!

    ...getmişdi, gəldi- deməyin!
    Quru heykəldi...deməyin!
    Yerimə...öldü- deməyin;
    qələmi qoyub gedəcəm!

    Paşa Talıblı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR