AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Miri Yusifin prodüseri şantajla bağlı açıqlama verdi: "Pul verməmişəm"

  • + A
  • - A
  • Bu gün, 12:59

    Miri Yusifin prodüseri şantajla bağlı açıqlama verdi: "Pul verməmişəm"

    Xalq artisti Miri Yusifin prodüseri olaraq, bu mövzu ilə bağlı açıqlama vermək istəyirəm. Doğrudur, yanvarın 19-u mənə qarşı bu cür xoşagəlməz bir hal yaşandı və dərhal aidiyyəti orqanlara müraciət etdim. Qeyd etmək istəyirəm ki, xəbərdə göstərilən kimi heç bir maliyyə ödənişi etməmişik. Sadəcə, məsələnin hüquqi müstəvidə həlli üçün lazımi addımları atmışıq.

    Son vaxtlar bu cür kibercinayətlər adi hala çevrilib və təəssüf ki, bir çox insan bu vəziyyətlə üzləşə bilər. Bu da ölkəmizdə daha ciddi maarifləndirmə işlərinin aparılmasını tələb edir. Mənim və Miri Yusifin adından istifadə edərək yayılan hər hansı bir məlumatın doğruluğuna yalnız bizim tərəfimizdən təsdiq edildiyi halda dərc olunmasını xahiş edirəm.

    Hüquq-mühafizə orqanlarının operativ reaksiyasına görə təşəkkür edir, məsələnin tezliklə həllini tapacağına ümid edirəm.

    Hörmətlə,
    Emin Əfəndi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR