AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xəstəxanaya yerləşdirilən blogerin vəziyyəti ağırlaşıb

  • + A
  • - A
  • 18-12-2023, 11:08

    Xəstəxanaya yerləşdirilən blogerin vəziyyəti ağırlaşıb

    İki gün əvvəl reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın son vəziyyəti açıqlanıb.

    Bu barədə onun dostu bloger Ramal İsayev məlumat yayıb.

    O bildirib ki, Asyanın vəziyyəti yenidən pisləşib və o, süni-tənəffüs aparatına qoşulub.

    “Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar”.

    Xatırladaq ki, dekabrın 16-da bloqer Asya Aslanova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bloqerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o, ağıl dişini çəkdirərkən narkozun təsiri altında olub və qanına infeksiya keçib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR