AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Akademik Rus Dram Teatrında Qoqolun "Şinel" əsəri nümayiş etdirildi

  • + A
  • - A
  • Bu gün, 11:47

    Akademik Rus Dram Teatrında Qoqolun "Şinel" əsəri nümayiş etdirildi


    Akademik Rus Dram Teatrında Qoqolun "Şinel" əsəri nümayiş etdirildi. Pantomim tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin COP 29 tədbirləri layihəsi çərçivəsində nümayiş etdirildi. Tamaşanı izləməyə şəhər sakinləri ilə yanaşı, Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün gələn qonaqlar da gəlmişdi.
    Xatırlatma üçün qeyd edim ki, Nikolay Qoqolun "Şinel" əsəri, 1842-ci ildə yazılmış və rus ədəbiyyatının klassik nümunələrindən biri olan qısa hekayədir. Əsər, sosial ədalətsizlik, bürokratiya və insan ləyaqəti mövzularına toxunur. Qoqol, kiçik insanın faciəsini təsvir edərək, dövrün cəmiyyətindəki sosial problemləri ustalıqla tənqid edir.
    Bu əsərin COP29 tədbirləri çərçivəsində tamaşaya qoyulmaslnda əsas məqsəd əsərin qəhrəmanı olan Akaki Akakiyeviçin timsalında təbiəti, ətraf mühiti görmək, haqsızlığa uğramış təbiəti bürokatik əngəllər, pula hərislik, hegomonluq nəticəsində məhv olma təhkükəsilə üz-üzə qoyanlara sübliminal mesajlar ötürməkdir.
    "Şinel" əsəri bürokratik sistemin insanlara biganəliyini açıq şəkildə tənqid edir. Zəif imkanlı Akaki Akakiyeviç soyuqdan qorunmaq üçün uzun müddət pul yığaraq özünə yeni şinel alır, onu oğurlayırlar. Oğurlanmış şineli geri qaytarmaq üçün müxtəlif dövlət orqanlarına müraciət edir, lakin hər yerdə soyuq münasibət və etinasızlıqla qarşılaşır. Bu hadisələr onun həyatında dərin iz buraxır və nəticədə Akaki Akakiyeviç xəstələnərək dünyasını dəyişir. Onun faciəsi, cəmiyyətin "kiçik insanlara" qarşı olan amansız münasibətini göstərir.
    Planetimizin şineli də oğurlanmaq üzrədir. Müasir dünyada baş verən iqlim dəyişiklikləri Yer kürəsinə yaxşı heç nə vəd etmir. Yaşıllıqların məhvi, karbon emissiyasının həddindən artıq olması yaxın yüzillikdə temperaturun 5 dərəcə artacağına aparır, bu isə buzlaqların əriməsinə, ildən-ilə yaranan quraqlıq və daşqınlar səbəbi ilə ərzaq qıtlığına səbəb ola bilər. Ona görə də bütün dünya dövlətləri çalışıb, razılığa gəlib temperaturun 1.6 dərəcəni keçməməsinə çalışmalıdır.
    "Şinel", rus ədəbiyyatında "kiçik insan" mövzusunun əsasını qoyan əsərlərdən biridir. Fyodor Dostoyevski Qoqolun əsərinin təsirini vurğulayaraq belə demişdir: “Hamımız Qoqolun "Şinel"indən çıxmışıq.” Bu əsər, yalnız Qoqolun dövründə deyil, sonrakı nəsillərdə də geniş təsirə malik olmuşdur və sosial ədalətsizliklə bağlı müzakirələrə yol açır.
    Əsərin mahiyyətinin pantomim tamaşa ilə tamaşaçıya çatdırılması yüksək peşəkarlıq və məharət tələb edir.
    Tamaşanın rejissoru Ceyhun Dadaşov və aktyorlar bu işin öhdəsindən uğurla gəlmişdilər. Tamaşanın sonundakı alqlşlar, hər kəsin tamaşanı sona qədər maraqla izləməsi buna bariz nümunə idi.
    COP29 çərçivəsində Mədəniyyət Nazirliyinin layihələri davam edir.
    Elnurə Abuşova













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR