AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda böyük bir beynəlxalq konfrans öz işinə başlayır

  • + A
  • - A
  • 10-10-2023, 09:53

    Bakıda böyük bir beynəlxalq konfrans öz işinə başlayır

    Xəbər verdiyimiz kimi Bakıda böyük bir beynəlxalq konfrans öz işinə başlayır. Tədbirdə bir çox beynəlxalq təşkilatların nümayəndələri, türk dövlətlərinin təmsilçilərinin iştirakı nəzərdə tutulub.
    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil edilən “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda tarixi şəhərlərin idarə olunması, tarixi abidələrin konservasiya və bərpası, eləcə də davamlı turizm, tarixi şəhər və qoruqlarda rəqəmsal transformasiya, muzey işinin təşkili və s. mövzular üzrə müzakirələr aparılır.
    Konfrans çərçivəsində Bakı Marionet Teatrında "Təsirlərə davamlı və dayanıqlı İrs Şəhərləri/Abidələri: Mədəni mühitin abidələrin effektiv idarəçiliyi və konservasiyası vasitəsilə canlandırılması”, Bakı Fotoqrafiya Evində "İrs Şəhərlərində/Məkanlarında Turizmin davamlı inkişafı " və Tahir Salahovun ev-muzeyində " İrs şəhərlərinin muzeyləri innovativ və yaradıcı məkanlar kimi" mövzularında tematik panellər təşkil olunub.
    "Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri" beynəlxalq konfrans "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə keçirilir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR