Tesla və SpaceX-in rəhbəri İlon Mask ABŞ-ın Ukraynada hərbi xidmətə çağırış yaşını 25-dən 18-ə endirmək çağırışını tənqid edib. O, X-dəki səhifədə öz fikrini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi Ukraynanın Silahlı Qüvvələrin sıralarını gücləndirmək üçün hərbi xidmətə çağırış yaşını 18 yaşa endirmək barədə düşünməli olduğunu bildirmişdi. Onun sözlərinə görə, yalnız bu döyüş meydanında vəziyyəti dəyişə bilər.
Xatırladırıq ki, aprel ayında Vladimir Zelenski Ukraynada səfərbərlik yaşını 27-dən 25-ə endirdi. Bundan sonra Ali Rada əmin etdi ki, daha onu azaltmayacaqlar. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin Ağ Evin Kiyevi səfərbərlik yaşını 18 yaşa endirməyə məcbur edəcəyinə işarə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.