Sərhədin delimitasiyası Cənubi Qafqazda sülhün bərqərar olması üçün mühüm vasitədir, - Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumət saatında çıxışı zamanı deyib. Onun sözlərinə görə, İrəvan və Bakı bu istiqamətdə konstruktiv səylər göstərir.
"Biz delimitasiya prosesinin davam etdirilməsində maraqlıyıq. Biz bunu sülh prosesinin ən vacib komponentlərindən biri hesab edirik. Həm tərəfimiz, həm də Azərbaycan tərəfindən konstruktiv səylər göstərilib və ümumi fikrə gəlmişik", - o qeyd edib. .
Yanvarın 21-də Moskvada Ermənistanın xarici işlər naziri Mirzoyanla xarici işlər naziri Sergey Lavrov arasında danışıqlar olub. Tərəflər Rusiya-Ermənistan münasibətlərinin kompleksi, eləcə də Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə, nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər.
Lavrov Mirzoyanla danışıqları yekunlaşdıraraq qeyd edib ki, Ermənistanın iştirakı ilə “üç üstəgəl üç” məşvərət formatının işi öz səmərəliliyini nümayiş etdirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.