Fələstin ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından digər ərəb ölkələrinə daimi köçürülməsi ideyasına qarşıdır. Bunu Fələstinin Moskvadakı səfiri Abdel Hafiz Nofəl jurnalistlərə bildirib.
“Təkcə Fələstin [bu təklifin əleyhinədir], bütün ərəb, müsəlman ölkələri buna qarşıdır”, o, Valday Beynəlxalq Diskussiya Klubunun keçirdiyi tədbirin kənarında deyib.
Fevralın 4-də Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə apardıqları danışıqlardan sonra birgə mətbuat konfransında bildirib ki, ABŞ Yaxın Şərqdə sülh naminə onu inkişaf etdirmək üçün Qəzza zolağına uzunmüddətli sahiblik etməyi nəzərdən keçirir. Həmçinin, o, fələstinlilərin anklavdan bölgədəki digər ölkələrə köçürülməsini təklif etdi və bunun üçün ödəyə biləcəyini söylədi. Tramp həmçinin qeyd edib ki, ABŞ lazım bildiyi təqdirdə Qəzzaya öz qoşunlarını göndərməyə hazırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.