Bu gün Azərbaycan və Ermənistan baş nazir müavinləri arasında onlayn görüş baş tutub. Danışıqların əsas mövzusu sərhədlərin delimitasiyası olub.
Cümə günü, fevralın 14-də Azərbaycan və Ermənistan baş nazirin müavinləri səviyyəsində videokonfrans formatında danışıqlar aparıblar. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin saytında bildirilir.
Şahin Mustafayevlə Mher Qriqoryan arasında onlayn görüş sərhədlərin delimitasiyası ilə bağlı məsələlərə həsr olunub. Xüsusən, kompleks delimitasiya işlərinin aparılması üçün zəruri olan göstəriş layihələri haqqında danışılıb.
"Həmçinin komissiyaların növbəti təkbətək iclasının təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər növbəti iclasın tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər" - İdarənin mətbuat xidməti bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.