Parisdə keçirilən Avropa İttifaqının Təhlükəsizlik Sammitində Ukrayna ilə bağlı heç bir qərar qəbul edilməyib.
RİA Novosti xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Polşanın baş naziri Donald Tusk deyib.
“Belə görüşlər qərarlarla bitmir”. “Bu, qərar qəbul edə bilən orqan deyil”, o qeyd edib.
Bundan bir qədər əvvəl Slovakiyanın baş naziri Robert Fiko bildirmişdi ki, Parisdə keçiriləcək sammitdə münaqişə həll olunandan sonra Ukraynaya xarici qoşunların yerləşdirilməsi məsələsini müzakirə etmək niyyətindədirlər. O əlavə edib ki, bu, Avropa İttifaqının heç bir ortaqlığı olmayan bir gündəmdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.