Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, Bişkekdə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev və onun tacikistanlı həmkarı Saimumin Yatimov sərhədin ümumi hissəsinin delimitasiyası haqqında protokol imzalayıblar.
"Qırğızıstan Respublikası ilə Tacikistan arasında sərhədin delimitasiyası haqqında protokolun imzalanması baş tutub, sənədi Qırğızıstan tərəfi adından Taşiyev imzalayıb, Tacikistanı Yatimov təmsil edib", - sözçü bildirib.
Sərhəd məsələsi hər iki tərəfdən yerli sakinlərlə hərbçilər arasında çoxsaylı münaqişələrə, o cümlədən odlu silahdan istifadəyə səbəb olub, ən sonuncusu isə 2022-ci ilin payızında alovlanıb. Ümumilikdə, 2014-cü ildən bəri Qırğızıstan-Tacikistan sərhədində 10-dan çox ciddi münaqişə baş verib.
Qırğızıstan Çin, Qazaxıstan, Özbəkistan və Tacikistanla həmsərhəddir, Tacikistan Qırğızıstanın həll olunmamış sərhəd məsələlərinin olduğu sonuncu qonşu ölkədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.