AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev Davosdan dünyaya humanizm mesajı verdi

  • + A
  • - A
  • Bu gün, 15:48

    Prezident İlham Əliyev Davosdan dünyaya humanizm mesajı verdi

    Zaur Muradov,
    YAP İsmayıllı rayon təşkilatının sədri


    Prezident İlham Əliyev 20 yanvar 2026-cı ildə Davos İqtisadi Forumunda “Euronews” televiziyasına verdiyi müsahibədə beynəlxalq humanitar dəyərlər, tolerantlıq və qlobal həmrəylik mövzusunda mühüm mesajlar səsləndirib. Dövlət başçısı “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini özü üçün böyük şərəf hesab etdiyini bildirib.
    Prezident İlham Əliyev vurğulayıb ki, bu mükafat təkcə onun şəxsi fəaliyyətinə deyil, bütövlükdə Azərbaycanın multikulturalizm, humanizm və qarşılıqlı hörmətə əsaslanan dövlət siyasətinə verilən yüksək qiymətdir. O qeyd edib ki, Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin və xalqların sülh və qarşılıqlı anlayış şəraitində birgə yaşadığı məkan olub.
    Müsahibədə insan qardaşlığı ideyasının Azərbaycanın dövlət siyasətinin əsas sütunlarından biri olduğu xüsusi diqqətə çatdırılıb. Prezident tolerantlıq və qarşılıqlı hörmətin cəmiyyətlərin davamlı inkişafı və sabitliyi üçün vacib amil olduğunu vurğulayıb, bu dəyərlərin təşviqinin regional və qlobal miqyasda mühüm töhfələr verdiyini bildirib.
    Dövlət başçısı mükafatın adını daşıdığı Şeyx Zayed bin Sultan Al Nəhyanın bəşəri ideallarının bu gün də актуallığını qoruduğunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq dialoq platformalarında fəal iştirak etdiyini xatırladaraq Bakı Prosesi və mədəniyyətlərarası dialoqa yönəlmiş təşəbbüsləri insan qardaşlığının praktik təzahürü kimi dəyərləndirib.
    Onun sözlərinə görə, bu kimi ali mükafatlar xalqlar arasında etimadın möhkəmlənməsinə xidmət etməklə yanaşı, dövlətləri daha məsuliyyətli və humanist siyasət yürütməyə təşviq edir. Davos kimi nüfuzlu beynəlxalq platformadan səslənən bu fikirlər dünya ictimaiyyəti üçün mühüm mesaj xarakteri daşıyır.
    Müsahibə Azərbaycanın sülhə, əməkdaşlığa və qarşılıqlı anlaşmaya əsaslanan siyasətini bir daha aydın şəkildə nümayiş etdirir, ölkənin qlobal humanitar gündəliyə verdiyi töhfələri ön plana çıxarır. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nı böyük şərəf kimi dəyərləndirməsi Azərbaycanın bəşəri dəyərlərə sadiqliyinin bariz ifadəsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR