2027-ci maliyyə ili üçün təklif olunan 1,5 trilyon dollarlıq müdafiə büdcəsi ABŞ-a texnologiya sahəsində liderliyi təmin etməyə imkan verəcək. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn bildirib.
O bu fikri ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı səsləndirib.
“1,5 trilyon dollarlıq büdcə gələcək təhlükəsizliyə yönəlmiş tarixi sərmayədir və sürətlə inkişaf edən texnologiyalar sahəsində ABŞ-ın üstünlüyünü təmin edəcək”, – deyə o qeyd edib.
Bundan əvvəl Ağ Ev 2027-ci il üçün ABŞ-ın nüvə kompleksinin maliyyələşdirilməsi məqsədilə Pentaqon büdcəsinin artırılmasını təklif edib. Amerika administrasiyasının sənədində bildirilir ki, bu addımlar ABŞ-ın rəqiblərinə qarşı çəkindiriciliyin qorunması üçün zəruridir.
Mart ayında isə ABŞ Müdafiə Nazirliyi Ağ Evdən İrana qarşı hərbi kampaniya üçün 200 milyard dollardan artıq vəsaitin ayrılmasını razılaşdırmağı xahiş edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.