AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıb.

  • + A
  • - A
  • Bu gün, 14:09

    Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıb.


    Azərbaycan Respublikasının Milli Məclis Avropa Parliamentinin Azərbaycana qarşı “destruktiv fəaliyyəti”nə cavab olaraq mühüm qərar qəbul edib.
    Qərarda bildirilir ki, Avropa Parlamenti uzun müddətdir beynəlxalq hüquq və ədalət prinsiplərindən uzaqlaşaraq Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Sənəddə qeyd olunur ki, Ermənistanın işğalı dövründə baş verən hadisələrə, eləcə də qaçqın və məcburi köçkünlərin hüquqlarına laqeyd yanaşılıb.
    Bununla yanaşı, Azərbaycan–Aİ parlament əməkdaşlıq platformalarının siyasi təzyiq alətinə çevrildiyi, 44 günlük müharibədən sonra və xüsusilə COP29 ərəfəsində Azərbaycana qarşı kampaniyaların və qərəzli qətnamələrin artdığı vurğulanır. Bildirilir ki, bu cür fəaliyyətlər regionda sülh və sabitliyə mane olur, revizionist qüvvələri təşviq edir.
    Milli Məclis bəyan edib ki, qurum dəfələrlə Avropa Parlamentini bu mövqedən imtina etməyə çağırsa da, nəticə əldə olunmayıb.
    Qəbul edilən qərara əsasən:

    Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığı dayandırılır;

    Azərbaycanın nümayəndə heyətinin Aİ–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində iştirakı dayandırılır;

    Euronest Parliamentary Assembly çərçivəsində Azərbaycanın üzvlüyünün dayandırılması (xitam prosesi) başlanır və bu müddətdə iştirak dayandırılır.

    Qərarın mahiyyət etibarilə Avropa Parlamenti ilə parlamentlərarası münasibətlərin tam dondurulmasını və mövcud əməkdaşlıq mexanizmlərindən çıxışı nəzərdə tutduğu bildirilir.
    Mövzu ilə bağlı açıqlama Milli Məclisin deputatı Tahir Mirkişili tərəfindən ictimaiyyətə təqdim olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR