AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ sammitlərinə YouTube və TikTok bloqerlərinin dəvəti diplomatları şoka saldı

  • + A
  • - A
  • 11-05-2026, 22:15

    Aİ sammitlərinə YouTube və TikTok bloqerlərinin dəvəti diplomatları şoka saldı

    Avropa Şurası sammit iclaslarına YouTube və TikTok platformalarında fəaliyyət göstərən bloqerlərin dəvət olunmasını nəzərdə tutan layihəni avropalı rəsmilərə təqdim edib. Bu barədə Politico nəşri məlumat yayıb.
    Bildirilir ki, işçi qrupunda iştirak edən diplomatlar bu təklifdən “şoka düşüblər”.
    Bloqerlər Brüsseldə yerləşən Şuranın qərargahlarına giriş əldə edəcəklər. Hazırda həmin məkanlar yalnız Aİ institutlarında akkreditə olunmuş jurnalistlər üçün açıqdır. Bununla belə, bloqerlərə nazirlərə sual verməyə icazə verilməyəcək.
    Bundan əvvəl Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Kaja Kallas bildirmişdi ki, Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin hazırlanması üçün üzv ölkələrdən təkliflərin toplanmasına başlayıb.
    Aprel ayında Kallas demişdi ki, yeni sanksiyalar paketi hazırlanarkən əvvəlki paket üzərində iş zamanı yaranmış problemlərlə bağlı bəzi “qırmızı xətlərə” yenidən baxılmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR