Almaniyanın cənub-qərbində havada iki kiçik təyyarə toqquşub. Bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.
Toqquşma yerdən təxminən 800 metr yüksəklikdə baş verib.
“Məlumata görə, hər iki təyyarə yüngül zədələr alıb. Lakin hər iki pilot Şpayer və Hokkenhaym şəhərlərindəki aerodromlara qayıdaraq təhlükəsiz eniş edə bilib”, — deyə açıqlamada bildirilir.
Baden-Vürtemberq federal əyalətinin Hokkenhaym şəhəri üzərində mühərrikli planer və vintli mühərriklə işləyən təyyarə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bundan əvvəl Katmandu hava limanında sərnişin təyyarəsinin eniş zamanı alışdığı bildirilmişdi.
Aprelin 26-da isə Dehli hava limanında sərnişin təyyarəsinin mühərrikində yanğın baş vermişdi. Mətbuatın yazdığına görə, təyyarə Hindistandan İsveçrəyə uçmalı idi. Lakin sürətlənmə zamanı laynerin mühərriklərindən biri alovlandığı üçün pilotlar uçuşu dayandırmağa məcbur olublar. Təyyarədə olan sərnişinlər təxliyə edilib, onlardan altısına müxtəlif xəsarətlər diaqnozu qoyulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.