2026-cı ilin əvvəlində Gürcüstanda xaricə səfər edənlərin sayı artıb. Səfərlərin bahalaşmasına baxmayaraq, ən populyar istiqamətlər yenə də Türkiyə və Rusiya olaraq qalıb.
Bu barədə Gürcüstanın Milli Statistika Xidməti — “Sakstat” məlumat yayıb.
Yanvar-mart aylarında 641 min Gürcüstan vətəndaşı ölkə sərhədini keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur. Ümumilikdə 329 min turistik səfər həyata keçirilib və bu göstərici 1,7 faiz artıb.
Ən çox tələb görən istiqamət Türkiyə olub. Gürcüstan sakinləri bu ölkəyə 172 min səfər edib. İkinci yerdə isə 89 min səfərlə Rusiya qərarlaşıb.
Vətəndaşların 35 faizi xaricə getməkdə əsas məqsəd kimi dost və qohumları ziyarət etməyi göstərib. Daha 32 faiz alış-veriş üçün ölkədən çıxıb, 20 faiz isə istirahət və əyləncə məqsədilə səfər edib.
Bir səfərin orta dəyəri 27 faiz artaraq 470 dollar təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.