İranın danışıqlar qrupuna yaxın mənbə Tasnim agentliyinə bildirib ki, bəzi Qərb KİV-lərinin iddialarının əksinə olaraq, İranın ABŞ-ın təklifinə cavab olaraq təqdim etdiyi sənəddə zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasının qəbul edilməsi ilə bağlı heç bir müddəa yoxdur.
Məlumatlı mənbə həmçinin qeyd edib ki, İran öz təklifində dondurulmuş vəsaitlərinin qaytarılması üçün konkret vaxt məhdudiyyəti müəyyənləşdirib.
Mənbənin sözlərinə görə, ABŞ öz təklifində İranın dondurulmuş aktivlərini azad edəcəyini yazsa da, Tehran bu vəsaitlərin müəyyən edilmiş müddət ərzində qaytarılmasını xüsusi vurğulayıb.
Mənbə əlavə edib ki, bəzi saxta xəbər resurslarının İranın öz təklifində uranın zənginləşdirilməsinə 15 illik moratorium təklif etdiyi barədə yaydığı məlumatlar tamamilə yalandır və psixoloji əməliyyat xarakteri daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.