SOCAR İtaliyada yanacaq qiymətlərini tənzimləyəcək

IP şəbəkəsində yeni qiymət mexanizmi tətbiq olunacaq
SOCAR İtaliyadakı törəmə şirkəti “Italiana Petroli” (IP) vasitəsilə benzin və dizel yanacağının qiymətlərinə hədd tətbiq edəcək.
“Report”un məlumatına əsasən, bunu İtaliyanın Baş naziri Corcia Meloni açıqlayıb.
Baş nazir bildirib ki, IP-nin qərarı İtaliyada yanacaq qiymətlərinin yüksək olması fonunda ailə və müəssisələrə dəstək məqsədi daşıyır.
Meloni Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür edib.
SOCAR bildirib ki, qiymət həddi minlərlə operatoru əhatə edən təchizat zəncirinin davamlılığı nəzərə alınmaqla müəyyənləşdiriləcək.
Məhdudiyyətlərin əvvəlcə IP şəbəkəsində tətbiq olunması, daha sonra mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.