AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev Praqada Paşinyanla görüşəcək

  • + A
  • - A
  • 5-10-2022, 17:49

    İlham Əliyev Praqada Paşinyanla görüşəcək


    Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dördtərəfli görüşü planlaşdırılır.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Paşinyan parlamentin iclasında məlumat verib.

    “Mən Praqaya gedirəm, orada Avropa Siyasi Birliyi liderlərinin sammitində iştirak edəcəyəm. Azərbaycan, Fransa və Avropa İttifaqı Şurası Prezidentlərinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək. Türkiyə Prezidenti ilə də görüş planlaşdırılır, biz belə bir görüşün mümkünlüyü barədə məlumatı açıqlamışdıq”, - Paşinyan bildirib.

    Qeyd edək ki, oktyabrın 6-sı Praqada Avropa Siyasi Birliyi liderlərinin sammiti keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR