AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ səfiri Moskvada rəsmi xəbərdarlıqla qarşılanıb

  • + A
  • - A
  • 28-01-2023, 02:14

    ABŞ səfiri Moskvada rəsmi xəbərdarlıqla qarşılanıb

    ABŞ-ın yeni səfiri Linn Treysi bu həftə Moskvaya gəlib. Azadmedia.az 1 gün öncə Kommersant-a istinadən məlumat vermişdi ki, karyera diplomatı olan Treysi, əvvəllər Amerikanın Rusiyadakı səfirliyində, eləcə də bir sıra postsovet ölkələrində işləyib. Xanım Treysi gələn həftə etimadnamələrinin surətlərini Rusiya Xarici İşlər Nazirliyinə təqdim etdikdən sonra yeni işinə başlaya biləcək. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi əvvəlcədən bəyan etdi ki, onlar ABŞ-la münasibətlərin yaxşılaşmasına o qədər də ümid etmirlər: heç olmasa onların münasibətini “pozmaması” əlaqələrdə irəliləyiş hesab olunacaq.
    Linn Treysi nəinki Rusiya Federasiyasının rəsmiləri ilə ünsiyyət qurmaq, həm də bütün təbəqələrdə ruslara müraciət etmək niyyətini əvvəlcədən elan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR