NATO-nun baş katibi Yens Stoltenberq sabah Türkiyəyə gələcək. Azadmedia.az türk mediasına istinadla xəbər verir ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu və prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək Stoltenberq zəlzələ bölgəsinə də gedəcək.
NATO-dan edilən şərhə görə Stoltenberq Çavuşoğlu ilə mətbuat konfransı da keçirəcək. Açıqlamada Stoltenberqin 6 fevralda baş verən zəlzələnin episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan bölgələrə də səfər edəcəyi qeyd edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.