AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elmar Vəliyevə ciddi xəbərdarlıq edilib

  • + A
  • - A
  • 14-02-2017, 10:03

    Elmar Vəliyevə ciddi xəbərdarlıq edilib















    Bir müddət əvvəl Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) 2017-ci il yanvar ayının 12-dən etibarən Gəncəyə təyyarə reyslərinin ləğv edildiyini açıqlamışdı.
    Məlumatda qeyd olunurdu ki, yanvarın 9-dan etibarən AZAL uçuşların kommersiya baxımından qeyri-effektiv olmasını əsas gətirərək Bakı-Gəncə-Bakı marşrutu üzrə uçuşların dayandırılmasına qərar verib.

    Bu qərara günlərlə susqun qalan Gəncə icra başçısı Elmar Vəliyev sosial şəbəkələrdə olan hərəkətdən sonra deputat Musa Quliyevi önə verdi. Musa Quliyev də AZAL prezidenti Cahangir Əsgərovu ağ yuyub qara sərdi. Deputat Gəncəyə reyslərin ləğv edilməsini AZAL-ın yarıtmaz, monopolist fəaliyyətinin nəticəsi kimi qiymətləndirmişdi. “AZAL monopolist kimi çıxış edir” deyən gəncəli deputat nə demək istəmişdi?
    Azərbaycan monopoliya var, yoxsa nə? İllərdir ağzına su alıb oturan Musa Quliyev indi nədən gözlənilmədən Azərbaycanda monopoliya var demişdi. Təbii ki, Musa Quliyevi Elmar Vəliyev danışdırırdı. Musa Quliyev bildirirdi ki, gəncənin bütün tanınmış şəxsləri bu qəırara etiraz edir. Amma bu etirazın şahidi olmadıq. Elmar Vəliyev yaxşı başa düşürdü ki, Cahangir Əsgərovla üz-üzə dayanmaq ona baha başa gələ bilər.
    Təbii ki, sonluq nə Musa Quliyevin, nə Elmar Vəliyevin istədiyi kimi olmadı. AZAL qiymətləri bir dəfə qaldıraraq reysi bərpa etdi. Bu isə daha sərt qərar oldu. İndi zatən 65 manata Bakıdan Gəncəyə təyyarə ilə getmək istəyən yoxdur və reys demək olar ki bağlanıb.
    Bizimxeber.az-a daxil olan məlumata görə, AZAL məsələsindən sonra Elmar Vəliyevə ciddi xəbərdarlıq olunub. Deputatları və insanları ayağa qaldırmaqda günahlandırılan icra başçısı xəbərsiz olduğunu desə də, ona inanan olmayıb. Elə bu xəbərdaqlıqdan sonra da Elmar Vəliyev daha AZAL-ın qiymətləri qaldırmasına etiraz etməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR