AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev yaşı 65-i keçən dörd məmuru dəyişir - Sensasion siyahı

  • + A
  • - A
  • 15-12-2016, 10:32

    İlham Əliyev yaşı 65-i keçən dörd məmuru dəyişir - Sensasion siyahı

















    Prezident İlham Əliyev hökuməti yeniləyir. Dövlət başçısı yeni ildə yaş senzi il əlaqədar bir neçə yüksək rütbəli məmuru yola salacaq

    Bu barədə Politika.Az-ın Siyasət Şöbəsinə iqtidar yetkililərindən biri xəbər verib. Onun sözlərinə görə, baş nazir Artur Rasi-zadə, müavini Abid Şərifov, Bakı meri Hacıbala Abutalıbov, AZAL prezidenti Cahangir Əsgərovla yollar ayrıla bilər.

    Mənbə qeyd edir ki bu dörd məmurun yaşı 65-i keçib və iqtidarda gəncləşdirmə siyasətinə üstünlük veriləcək. Baş nazirin 81, müavinin 76, merin 72, baş pilotun isə 66 yaşı var.

    Mənbənin sözlərinə görə yanvarın birinci yarısı Nazirlər Kabinetini buraxacağı gözlənilir.

    Prezidentin bu yaxınlarda imzaladığı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji "yol xəritələri”ndə nəzərdə tutulan islahatların məhz yeni Nazirlər Kabineti-yeni kadrlarla həyata keçirilməsi planı var.

    Nazirlər Kabineti buraxılacağı halda fevralda 82 yaşı tamam olacaq Artur Rasi-Zadə yenidən baş nazir təyin edilməyəcək.

    Eyni zamanda bir sıra struktur islahatları da məhz bu zaman gerçəkləşdiriləcək. Belə ki, bir-birini təkrarlayan hökumət qurumlarının bəzilərini ləğv edəcəyi, bəzilərinin isə birləşdiriləcəyi deyilir.

    Struktur islahatlarının anonsunu bir həftə öncə Milli Məclisin plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da verib.

    S.Novruzov deyib ki, artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Bundan əlavə, oxşar strukturlar birləşdirilməlidir:

    "Struktur islahatları sonrakı mərhələlərdə də davam edəcək. Xərclərin optimallaşdırılması və idarəetmə aparatının sadələşdirilməsi hökumətin prioritetlərinə daxildir”.

    Azərbaycan hakimiyyəti gəncləşir. Nazirlər Kabinetində, icra hakimiyyəti strukturlarında müasir texnologiyadan bixəbər, qocalar evinə yararlı məmurlar yola salınacaq.

    Prezident İlham Əliyev gənc islahatçılardan ibarət komandanın təşkili istiqamətində siyasətini möhkəmləndirəcək.

    Hakimiyyətin müxtəlif postlarında yerləşmiş məmur ordusu var ki, müasir texnoloji biliklərdən uzaqdır.

    Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər. İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var. İ.Əliyevin hakimiyyəti dəyişmək siyasəti nəticəsində islahatlar intensivləşə bilər.

    Müasir dünya ilə ayaqlaşa bilməyən nazirlərin, onların müavinlərinin, icra hakimlərinin iqtidarda təmsil olunması adekvat deyil.

    Baş nazir Artur Rasi-Zadənin böhrandan bəri heç səsini eşidən olmayıb, iqtisadi sferanı kurasiya edən məmurlar hadisələrin ardınca sürünürlər, göstəriş gözləyir.
    Prezidentin dediklərini mübtəda ilə xəbərin yerini dəyişərək yenidən təkrar edirlər.Ona görə də işlək çevik və gənc bir komandaya ehtiyac var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR