Bakıda keçiriləcək COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) konfransı üçün COP29 Radiospektrin idarə edilməsi portalı fəaliyyətə başlayıb.
AzadMedia.az xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesablarında məlumat verilib.
"Dünyanın hər yerindən akkreditə olunmuş iştirakçılar indi bu portal vasitəsilə öz radioelektron avadanlıqlarını qeydiyyatdan keçirə və müvəqqəti radiospektrin ayrılması üçün müraciətlərini təqdim edə bilərlər", - paylaşımda vurğulanıb.
Xatırladaq ki, COP29 noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.