AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

  • + A
  • - A
  • Bu gün, 22:42

    ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

    ABŞ Rusiyanın neft daşımalarına tətbiq etdiyi sanksiyalar üzrə müvəqqəti istisnanın müddətini uzadıb.

    ABŞ Maliyyə Nazirliyi Rusiya neftinin dəniz yolu ilə daşınmasına tətbiq olunan sanksiyalar üzrə istisnanın müddətini daha 30 gün uzadmaq qərarı verib. Bu barədə Reuters agentliyi mənbəyə istinadən məlumat yayıb.
    Məlumata görə, bir neçə ölkə Rusiya xam neftinin alışını davam etdirmək üçün Vaşinqtondan əlavə vaxt istəyib. Bundan sonra ABŞ administrasiyası istisnanın müddətini yenidən artırmağa qərar verib.

    Qeyd olunur ki, Vaşinqton bu müvəqqəti güzəşti ilk dəfə İranla müharibə fonunda Hörmüz boğazının bağlanması nəticəsində yaranan qlobal neft qıtlığı və qiymət artımını yumşaltmaq məqsədilə tətbiq etmişdi.

    Bununla belə, istisnanın uzadılması ABŞ daxilində benzinin qiymətlərini ciddi şəkildə aşağı sala bilməyib. Enerji bazarında qlobal tədarük problemlərinin davam etməsi səbəbindən ölkədə yanacaq bazarı hələ də təzyiq altında qalır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR