MİNNƏTDARAM TÜRKİYƏNİN NAXÇIVANDAKI BAŞ KONSULU ASİP KAYA BƏYƏ VƏ EZGİ XANIMATürkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya ona tapşırılan yüksək vəzifəni layiqincə yerinə yetirir. Belə ki o, Naxçıvanda istər Türk, istərsə də Azərbaycan tarixi günlərini qeyd edir və hər iki ölkənin dəyərlərini qoruyub saxlayır. Onu yaxından görməsəm də, Azərbaycan şəhidlərinə və eləcə də Türk şəhidlərinə verdiyi dəyərin şahidi oldum.
Əlbəttə biz iki devlet olaraq daim öndə gedən dövlətlərin sırasında olmağa çalışır və hər zaman buna nail oluruq. Təbii ki, nəhəng Türkiyə bütün dünyada sözünü demiş, sülh carçısı olaraq tanınmaqdadır. Buna görə bütün türk dünyası Rəcəb Tayyib Ərdoğana minnətdardır.
Avqustun 30-da Türkiyənin paytaxtı Ankarada Türkiyə Respublikasının Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri günü təntənəli qeyd olundu. Bir millət iki dövlət olaraq bu tədbirdə azərbaycanlı şəhid ana və ataları da iştirak etdilər. 30 nəfərdən ibarət qrupu Ankarada Türkiyənin Cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğan yüksək səviyyədə qarşılamış və onların hər biri ilə görüşüb yaxından tanış olmuşdur.
Bir şəhid bütün Türk dünyasının şəhidi sayılır. Fərq etməz Türkiyə şəhidi və ya Azərbaycan şəhidi. Şəhidlər Allahın seçilmişləridir. Elə ona görə də onlar cənnət mələkləri sayılır.
Əgər bir insan şəhidlər arasında fərq qoyursa, deməli o hələ şəhidin nə demək olduğunu dərk etmir. Mən Türkiyədə olarkən insanların şəhidlərinə verdiyi dəyərin şahidi oldum. Onların belə bir deyimi var: bir şəhidin yerinə necə-neçə oğullar doğular. Biz can verərik, amma düşmənə bir qarış torpaq vermərik. Düşmənin gələcəyi varsa, görəcəyi daha böyük fəlakətdir. Torpaq bizlərə uluların yadigarıdır. Bütün nəsillərin borcu gələcək nəsillərə torpağı qoruyub ötürülməsi vacibdir.
Mən torpaq sevgisini, şəhidlərə dəyəri Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kayada bir daha aydın gördüm. Onun vətənpərvərliyin yüksək qiymətləndirib, əhsən deyirəm. Əslində əsl vətənpərvər vətəndaş belə də olmalıdır. Fərq etməz üz üzə gələk, xahiş edək. Türkün böyüklüyü ondadır ki, uzaqdan uzağa şəhidə verilən dəyərə qiymət verməyi bacarır. Mən buna görə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya qarşısında baş əyirəm və ona minnətdaram.
Vətən o zaman Vətən olur ki, vətəndaşı Vətən qədrini bilir, eynilə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya kimi.
Bu gerçəkləri görəndə doğrudan da hamı kimi mən də deyirəm: nə mutlu Türkəm deyənə.
Mustafa Kamal Atatürk çox gözəl deyib: Bayraqları bayraq yapan üstündəki qandır, torpaq uğrunda ölən varsa vətəndir!
Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya kimi oğullar varsa bu Vətən heç vaxt basılmaz.
Gülsüm ADİLQIZI