AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məhkəmə Nazim Eynallının ünvanına şər-böhtan atanların iddiasını rədd edib - FOTOLAR

  • + A
  • - A
  • Dünən, 18:25

    Məhkəmə Nazim Eynallının ünvanına şər-böhtan atanların iddiasını rədd edib

    Bir neçə ildir ki, müəyyən çevrələrdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Eynallı Nazim Hüseyn oğlunun ünvanına səsləndirilən əsassız ittihamlar, şər-böhtanlar və s. bu gün də ürəkbulandırmadadır.

    Qeyd edək ki, bu problemin kökündə Şamaxı rayonu, Sabirli qəsəbə sakinləri Atakişiyev Mehman Nizaməddin oğlunun, Atakişiyeva Zümrüd Arif qızının və Mahmudova Tubuxanım Camulla qızının heç bir etikaya, heç bir insanlığa, heç bir reallığa, heç bir məntiqə və s. sığmayan yanaşmalarının varlığıdır. Məsələn, Mehman Atakişiyev Nazim Eynallı ilə bağlı ayrı-ayrı dövlət qurumlarına ünvanladığı şikayət ərizələrində yazıb ki, “Mən 2020-ci ilin mart ayında qaynanam Mahmudova Tubuxanım Camulla qızının vasitəsilə 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-də işə düzəldim və həmin vaxtlarda həyat yoldaşım Atakişiyeva Zümrüd Arif qızı da, bu MMC-də komputer laborantı vəzifəsinə işə düzəlsə də, əslində o, idarə rəisinin katibəsi vəzifəsini daşımışdır. Bir müddətdən sonra mənə məlum oldu ki, idarə rəisi həyat yoldaşıma qarşı seksual hərəkətlərə qol qoymuş və həyat yoldaşım Nazim Eynallıdan hamilə qalmışdır. Baş verənlərlə bağlı mən kimə nəsə danışacağım təqdirdə, idarə rəisimiz məni ölümlə hədələdi”. Söz yox ki, bütün bunlar 08 yanvar 2008-ci il tarixdə Atakişiyeva Zümrüd Arif qızı ilə ailə həyatı quran və 06 aprel 2012-ci il tarixdə isə rəsmi qaydada nikaha daxil olan Mehman Atakişiyevin iddiası idi. Qeyd edək ki, bu ailəlikdən onların üç övladları dünyaya gəlir. Düzdür, Mehman Atakişiyev və Zümrüd Atakişiyeva 2021-ci ilə kimi birlikdə yaşasalar da, ötən illər ərzində bu ailədə baş verən narazılıqlar “pik nöqtə”yə çatır və son anda da, baş verənlər bu ailənin dağılmasına səbəb olur. Bundan sonra, Zümrüd Atakişiyevanın Şamaxı Rayon Məhkəməsinə “Nikahın pozulması və aliment tələbinə dair” iddia ərizəsi ilə müraciət etməsi nəticəsində, 11 iyun 2021-ci il tarixdə hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi ilə keçirilən məhkəmə prosesində (İş №2(074)-646/2021) QƏTNAMƏ çıxarılır. Qeyd edək ki, Mehman Atakişiyev məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılsa da o, məhkəmə iclasına getmir. Buna baxmayaraq, Mehman Atakişiyev məhkəməyə yazılı ərizəsini çatdırır və ərizəsində nikahdan ayrılmalarına razı olduğunu bildirir. Şamaxı Rayon Məhkəməsində çıxarılan qətnamə əsasında tərəflər arasında nikah pozulur və cavabdeh Atakişiyev Mehman Nizaməddin oğlundan 04 may 2021-ci il tarixdən başlayaraq, birgə nikahdan doğulmuş 15 yanvar 2010-cu il təvəllüdlü Atakişiyeva Sara Mehman qızının, 21 oktyabr 2011-ci il təvəllüdlü Atakişiyeva Samir Mehman oğlunun və 12 dekabr 2020-ci il təvəllüdlü Atakişiyeva Məhəmməd Mehman oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment pulunun tutularaq Zümrüd Atakişiyevaya ödənilməsi öhdəliyi Mehman Atakişiyevin üzərinə qoyulur. Yəni, qeyd etdiklərimiz Şamaxı Rayon Məhkəməsində çıxarılan QƏTNAMƏ əsasında qanuniləşdirilir.

    Faciə odur ki, bu gün də adı çəkilən şəxslər Nazim Eynallının ünvanına qarşı ifadə etdikləri şər-böhtan əməllərindən əl çəkmək istəmirlər. Qeyd edək ki, Zümrüd Atakişiyeva Mehman Atakişiyevdən rəsmi qaydada nikahdan ayrıldıqdan sonra o, 2021-ci ildən keçmiş həyat yoldaşıdan aliment pulu alıb və elə hallar da olub ki, aliment pulunu gecikdirdiyinə görə, o, ərini bir neçə dəfə həbs də etdirib. Zümrüd Atakişiyeva bu gün Nazim Eynallı ilə bağlı yenidən məhkəməyə müraciət edir ki, guya 12 dekabr 2020-ci il təvəllüdlü Atakişiyeva Məhəmməd Mehman oğlunun atası bu şəxsdir. Paradoksal hal odur ki, Zümrüd Atakişiyeva həmin uşağa görə 2021-ci ildən keçmiş həyat yoldaşı Mehman Atakişiyevdən aliment pulu alır və bu gün isə o, yeni iddia tələbi irəli sürür. Əslində, bu cür addımlar anormal insanlara xas olan xüsusiyyətlərdir və məsələyə hüquqi baxımdan yanaşsaq bəlli olar ki, Zümrüd Atakişiyevanın yeni iddiası cinayət məsuliyyəti yaradan əməldir.

    Digər tərəfdən, 2021-ci ildə Mehman Atakişiyevin DİN-nin Baş Mütəşəkkil Mübarizə İdarəsinə ünvanladığı şikayət ərizəsi araşdırılması üçün Şamaxı RPŞ-nə göndərilir və bu yöndə araşdırmalar aparılarkən, Zümrüd Atakişiyeva yazdığı izahatında ailəli olduğunu, üç övladlarının olduğunu, 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də texniki kompyuterçi vəzifəsində işlədiyini, hamilə olduğunu və uşağın atasının Mehman Atakişiyev olduğunu, müdiri Nazim Eynallı tərəfindən heç zaman cinsi istismara məruz qalmadığını, müdirindən bahalı hədiyyələr almadığını və əri Mehman Atakişiyevin iddialarının əsassız olduğunu qeyd etmişdir. O halda sual oluna bilər ki, görəsən ötən müddət ərzində nə baş verdi ki, adı çəkilən şəxslər, ələlxüsus Zümrüd Atakişiyeva Nazim Eynallıya qarşı yeni şər-böhtan əməlinə başlamaq qərarına gəlir? Yox, bu dəfə alınmayacaq. Çünki, Zümrüd Atakişiyevanın iddiasının əsasız olması faktı 11 iyun 2021-ci il tarixdə Şamaxı Rayon Məhkəməsində çıxarılmış QƏTNAMƏ əsasında təsdiq olunub.

    Onu da bildirək ki, Nazim Eynallıya qarşı şər-böhtan kompaniyasından əl çəkməyən və bu şəxsin ünvanına olmazın həddə iftiralar atan, orda-burda sərsəm fikirlər səsləndirən Mahmudova Tubuxanım Camulla qızının əməllərinə də, 24 oktyabr 2023-ci il tarixdə Şamaxı Rayon Məhkəməsinin hakimi Yaqubov Fərid Murtuza oğlunun sədrliyi ilə keçirilən məhkəmə prosesində (İş №3(074)-446/2023) çıxarılmış QƏRAR əsasında qiymət verilmiş və Tubuxanım Mahmudova İXM-nin 510-cu maddəsi əsasında 50 (əlli) manat məbləğində cərimə olunmuşdur. Bəli, bütün bunların kökündə Tubuxanım Mahmudovanın 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbərinə qarşı həm şər-böhtan atması, həm də xuliqanlıq əməlinə qol qoyması olur. Belə bir səbəbdən də, Nazim Eynallının onu ötən ilin noyabr ayında işdən çıxarır. Elə ki, Tubuxanım Mahmudova işdən çıxarılır, o halda həm Zümrüd Atakişiyevanın, həm də Tubuxanım Mahmudovanın bu şəxsə qarşı hədsiz qəzəbi, kinkudurətləri və s. daha da artır və hər iki xanım hansı yolla olursa olsun Nazim Eynallıya ləkə atmağı, barəsində iftiralar danışmağı qarşılarına məqsəd qoyurlar.

    Bütün bunlar onu göstərir ki, Mehman Atakişiyev, Zümrüd Atakişiyeva və Tubuxanım Mahmudova hansısa şəxs və ya şəxslərin əlllərində, sanki bir “alət”ə çevrilmişlər və onlar verilmiş sifarişlərin icraçılarıdırlar. Amma, həmin şəxslər onu unudurlar ki, ortada qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və hüquq-mühafizə orqanlarına verilmiş yazılı izahatlar var. Odur ki, bunları heç vaxt unutmaq olmaz. Yəni, həmin şəxslər nə qədər cəhd etsələr də, 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Nazim Eynallını ləkələmək mümkün olmayacaq. Çünki, ortada həm haqq-ədalət, həm da qanunçuluq var!

    Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

    Mövzu diqqətimizdədir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR