AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avtobuslar həmin zolaqlara girə bilər, ya yox?

  • + A
  • - A
  • 1-11-2024, 12:44

    Avtobuslar həmin zolaqlara girə bilər, ya yox?

    Xəbər verdiyimiz kimi, bu gündən Bakıda bir sıra küçə və prospektlərdə təşkil edilmiş COP29 zolaqlarına avtomobillərin daxil olması qadağan edilib.

    Ötən gün aidiyyəti dövlət qurumu tərəfindən həmin zolaqlara müntəzəm marşrut xətləri üzrə avtobusların daxil olmaması ilə bağlı da göstəriş verilib. Lakin bu gün səhər avtobusların sürücü monitorlarına bildirişlər göndərilərək müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusların müvəqqəti olaraq COP29 nişanlı zolaqlardan istifadə edə biləcəyi bildirilib.

    Bu qərar bir sıra istiqamətlərdə sürücülərin çaşqınlıq yaşamasına səbəb olsa da, qısa vaxtda sərnişindaşıma ilə bağlı vəziyyət qaydasına düşüb.

    Bildirilib ki, COP29 beynəlxalq tədbirləri ilə əlaqədar müəyyən edilmiş vaxtadək avtobuslar bu zolaqlara daxil ola bilər. Lakin tədbir günlərində avtobuslar da COP29 zolaqlarına buraxılmayacaq. Belə ki, buradan yalnız müvafiq icazəsi olan nəqliyyat vasitələri istifadə edə biləcək.

    Qeyd edək ki, daha əvvəl AYNA tərəfindən verilmiş açıqlamalarda tədbirdən sonra COP29 zolaqlarının avtobus zolağı kimi saxlanmasının nəzərdə tutulduğu bildirilib.

    Onu da əlavə edək ki, qanunvericiliyə əsasən, COP29 zolaqları avtobus zolaqları statusundadır və 5.9-cu - “ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” nişanı ilə işarələnir. Buraya qanunsuz daxil olan digər nəqliyyat vasitələri 100 manat + 3 cərimə balı dəyərində cəzalandırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR