Amerikalı senator, sol görüşləri ilə tanınan Berni Sanders Donald Trampın ikinci dəfə seçilməsinə qarşı üsyanını dilə gətirən paylaşım edib.
Senator Sanders bununla bağlı görüşlərini sosial şəbəklərdəki hesablarında paylaşıb.
“1863-cü ildə Qettisberqdə Avraam Linkoln (ABŞ-ın keçmiş prezidenti və milli qəhrəmanı, Şimal-Cənub savaşının qalibi) “xalqdan gələn, xalq tərəfindən və xalq üçün” bir hökumət xəyal etmişdi. 2024-cü ildə Mar-a-Laqoda Tramp “oliqarxdan gələn, oliqarxlar tərəfindən və oliqarxlar üçün” bir hökumət planlaşdırır. Linkolnun baxışı doğru idi. Gəlin, bu baxış uğrunda mübarizə aparaq”, - deyə Berni Sanders qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.