AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir sıra bölgələrdə görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb

  • + A
  • - A
  • 10-03-2025, 00:28

    Bir sıra bölgələrdə görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb

    Baş DYP İdarəsinin dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciəti

    Hazırda respublika ərazisinin bir sıra yollarında müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar bir sıra bölgələrdə görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

    Dumanlı havanın digər hərəkət iştirakçılarını və nizamlama vasitələrini vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.

    Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR