Ölkələrin milli maraqlara uyğun fəaliyyətinə əsas maneənin xarici müdaxilə olduğunu bildirib.
Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
"Ölkələrin milli maraqlara uyğun fəaliyyətinə əsas maneə xarici müdaxilədir", - o bildirib və əlavə edib ki, xarici müdaxilə ölkələrdə daxili vəziyyəti qarışdırır və digər qüvvələrin maraqlarını yerli xalqın maraqları kimi təqdim etməyə çalışır.
Spiker vurğulayıb ki, ölkələrin təhlükəsizliyi yalnız fiziki sərhədlərlə məhdudlaşmır, eyni zamanda cəmiyyətin və dövlət institutlarının xarici təsirlərdən qorunmasını da əhatə edir.
Onun fikrincə, bu sahədə mövcud olan ikili standartlar problemlər yaradır və buna görə də bütün dövlətlərin qəbul edəcəyi vahid beynəlxalq hüquqi mexanizmin formalaşdırılması vacibdir.
Papuaşvili əlavə edib ki, belə bir çərçivə ölkələrə xarici müdaxilələrə qarşı daha effektiv müdafiə imkanları yaradacaq və beynəlxalq münasibətlərdə sabitliyin güclənməsinə töhfə verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.