AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi” mövzusunda tədbir keçirildi

  • + A
  • - A
  • Bu gün, 09:44

    “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi” mövzusunda tədbir keçirildi

    Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2-ci tapşırığının icrası ilə əlaqədar olaraq müvafiq tədbir keçirilmişdir.
    Tədbirin əsas məqsədi dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan, yaxud paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin, eləcə də büdcə təşkilatlarının işçiləri, o cümlədən tibb və təhsil sahəsində çalışan əməkdaşlar arasında antikorrupsiya davranış modelinin formalaşdırılması istiqamətində görülən işlərin gücləndirilməsi, cəmiyyətdə bu sahədə məlumatlılığın artırılması və maarifləndirmə tədbirlərinin səmərəliliyinin yüksəldilməsindən ibarət olmuşdur.

    Tədbiri açan Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Azər Bəhmənov çıxış edərək qeyd etmişdir ki, ölkədə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Bu istiqamətdə dövlət qurumları tərəfindən sistemli tədbirlər həyata keçirilir, şəffaflığın artırılması, hesabatlılığın gücləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Azər Bəhmənov vurğulamışdır ki, antikorrupsiya davranış modelinin formalaşdırılması məqsədilə korrupsiya riskləri nəzərə alınmaqla aidiyyəti qurumlar üzrə konkret tədbirlər planı hazırlanmış və icrasına başlanılmışdır. Bu çərçivədə işçilərin bilik və bacarıqlarının artırılması, etik davranış qaydalarına riayət olunmasının təşviqi, eləcə də korrupsiya hallarının qarşısının alınması məqsədilə müxtəlif təlim və treninqlər təşkil edilmişdir.Eyni zamanda qeyd edilmişdir ki, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüz münasibətin formalaşdırılması istiqamətində geniş maarifləndirmə və məlumatlandırma tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində vətəndaşlara onların hüquq və vəzifələri barədə məlumat verilir, korrupsiyanın mənfi təsirləri izah olunur və bu hallara qarşı birgə mübarizənin vacibliyi diqqətə çatdırılır.

    İclasda iştirak edən Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, ərazi icra nümayəndəliklərinin, bələdiyyələrin və digər dövlət qurumlarının rəhbərlərinə tapşırılmışdır ki, göstərilən istiqamətlər üzrə işlər davamlı xarakter daşımalı, mütəmadi olaraq maarifləndirmə tədbirləri təşkil edilməli və bu sahədə əldə olunan nəticələrin daha da yaxşılaşdırılması üçün səylər artırılmalıdır.Sonda vurğulanmışdır ki, korrupsiyaya qarşı mübarizə yalnız dövlət orqanlarının deyil, bütövlükdə cəmiyyətin birgə səylərini tələb edən mühüm bir prosesdir və bu istiqamətdə görülən tədbirlərin davamlılığı təmin edilməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR