Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsinə Zəka Aqil oğlu Mirzəyev təyin olunub.
Qeyd edək ki, 47 yaşlı Zəka Mirzəyev 2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb.
2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.
Xatırladaq ki, DSMF-nin əvvəlki sədri Himalay Məmişov ötən gün Prezidentin Sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.