AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan futbolunda tarixi zəfər: Qurban Qurbanov fenomeni

  • + A
  • - A
  • Bu gün, 06:47

    Azərbaycan futbolunda tarixi zəfər: Qurban Qurbanov fenomeni


    Bütün xalq sevinc içindədir – Azərbaycan futbolu tarixinin ən möhtəşəm səhifələrindən biri yazıldı. Peşəkar futbol ənənələri zəif, milli çempionatın səviyyəsi aşağı olan bir ölkədə komanda qurub, onu UEFA Çempionlar Liqasına yüksəltmək, üstəlik Portuqaliyanın nəhəng “Benfika” klubunu məğlub etmək ancaq bir şəxsiyyətin – Qurban Qurbanovun istedadı, bacarığı və liderliyi ilə mümkün ola bilərdi.

    Sistemli iş və uzunmüddətli planlaşdırma mədəniyyətinin hələ tam formalaşmadığı mühitdə o, öz futbol fəlsəfəsini quraraq bir möcüzəyə imza atdı. Ucuz qiymətə transfer edilən futbolçulara yeni nəfəs verərək kollektiv ruhun önə çıxdığı, fiziki baxımdan rəqiblər qarşısında geri çəkilməyən, mental gücü ilə də fərqlənən bir komanda formalaşdırdı. Bu gün həmin komanda Avropanın elitasında Azərbaycanı ləyaqətlə təmsil edir.

    Qurban Qurbanov təkcə Azərbaycan futbolunda deyil, bütövlükdə regionda misilsiz hadisədir. Məsələn, hamımızın yaxından izlədiyi Türkiyədə son 3 ildə ardıcıl çempion olan Okan Buruk da daxil olmaqla, Qurban səviyyəsində yerli mütəxəssis tapmaq çətindir. O, illərdir Azərbaycan futbolunun çərçivələrini aşaraq dünya səviyyəli məşqçi statusunu qazanıb.

    Bu uğur sadəcə bir oyunun nəticəsi deyil – xalqın inamını, futbolsevərlərin ümidini yenidən alovlandıran tarixi zəfərdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR