AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMTM-də Anım Günü münasibətilə tədbir keçirilib

  • + A
  • - A
  • Bu gün, 13:01

    BMTM-də Anım Günü münasibətilə tədbir keçirilib


    Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) 27 Sentyabr-Anım Günü ilə əlaqədar tədbir təşkil olunub.

    Mərkəzin kollektivi və təcrübə proqramında iştirak edən tələbələrin qatıldığı tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev İkinci Qarabağ Müharibəsinin bölgədə yaratdığı yeni reallıqlardan, bu reallıqların regional və qlobal miqyasda əhəmiyyətindən bəhs edib.

    O, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxışa istinad edərək, Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunu diqqətə çatdırıb.

    BMTM-in baş məsləhətçisi Mətin Məmmədli, şöbə müdiri Şahmar Hacıyev və aparıcı məsləhətçi Sultan Zahidov da çıxış edərək 44 günlük Vətən müharibəsinin nəticələrindən və Azərbaycanın haqlı mövqeyinin beynəlxalq müstəvidə doğurduğu əks-sədadan danışıblar.

    Tədbirdə həmçinin Azərbaycanın müharibə zamanı beynəlxalq humanitar hüquqa riayət etdiyi, mülki əhali və obyektlərə deyil, yalnız legitim hərbi hədəflərə yönəlik əməliyyatlar apardığı vurğulanıb. E

    rmənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ləğv edilməsinin zəruriliyi də xüsusi qeyd olunub.

    Sonda gənc nəsil arasında vətənpərvərlik ruhunun aşılanmasının və qorunmasının vacibliyi vurğulanıb, bu istiqamətdə təbliğat və maarifləndirmə işlərinin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR