12 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və “Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Nitq və eşitmə qabiliyyəti məhdud şəxslər üçün mütaliə və mədəniyyət platforması” adlı layihənin ilk işarət dili təlimi baş tutub.
Azadmedia.az QHT.az-a istimadla xəbər verir ki, təlim F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları üçün təşkil olunub. Təlim zamanı iştirakçılara işarət dili ilə bağlı ilkin bilik və bacarıqlar təqdim edilib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.