18 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və “Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Nitq və eşitmə qabiliyyəti məhdud şəxslər üçün mütaliə və mədəniyyət platforması” layihəsi çərçivəsində ikinci işarət dili təlimi keçirilib.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, təlim bu dəfə Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşları üçün təşkil olunub. Təlim zamanı iştirakçılara işarət dilinin əsasları, eşitmə və nitq məhdudiyyətli şəxslərlə ünsiyyət qaydaları barədə məlumat verilib, praktiki məşğələlər keçirilib.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Layihə təşkilatçıları tədbirin yüksək səviyyədə təşkilinə və yaradılan şəraitə görə Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev-ə təşəkkürlərini bildiriblər.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.