Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və “Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Səssiz Sözlər” – eşitmə və nitq qabiliyyəti məhdud şəxslər üçün mütaliə və mədəniyyət platforması layihəsi çərçivəsində növbəti “Oxu saatı” tədbiri təşkil olunub.
Azadmedia.az QHT.az- a istinadla xəbər verir ki, 30 may 2026-cı il tarixində keçirilən tədbir BookfeBook məkanında baş tutub.
Tədbirin qonağı Zəhra Bədəlbəyli olub. O, uşaqlar üçün müxtəlif nağıllar oxuyaraq onlarla maraqlı və səmimi ünsiyyət qurub, mütaliənin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Tədbirin inklüziv şəkildə keçirilməsi məqsədilə oxunan nağıllar “Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin tərcüməçisi Könül Quliyeva tərəfindən canlı olaraq işarət dilinə tərcümə edilib. Bu, eşitmə və nitq qabiliyyəti məhdud iştirakçıların tədbirdən tam şəkildə faydalanmasına imkan yaradıb.
Layihə təşkilatçıları tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə məkanın rəhbəri Yeganə Zeynallı-ya təşəkkürlərini bildiriblər.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.