AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

  • + A
  • - A
  • Bu gün, 15:19

    Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

    Azərbaycandakı muzeylərin əsas fondlarında qorunan eksponatların sayı 1 milyon 137 min 883-ə çatıb.

    Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən xəbərə görə, bu, 2026-cı ilin birinci yarısı üzrə "Mədəni irs icmalı"nda qeyd olunub.

    Qeyd olunub ki, muzey fondlarının zənginləşdirilməsi və mədəni sərvətlərin rəqəmsal uçotunun genişləndirilməsi istiqamətində də mühüm nəticələr əldə olunub.

    "Hazırda ölkə üzrə muzeylərin əsas fondlarında qorunan eksponatların sayı 1 milyon 137 min 883-ə çatıb. Hesabat dövründə fondlar 3893 yeni eksponatla zənginləşdirilib, Vahid Mədəniyyət Reyestrinə daxil edilmiş muzey eksponatlarının sayı isə 29551 ədəd təşkil edib".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR