Azərbaycanın Rusiya diasporunun rəhbəri, Moskvadakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Rusiya Federasiyasından deportasiya edilib.
Məlumata əsasən, Həsənovun Rusiyaya girişinə də qadağa qoyulub. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəsmi qərarı ilə diaspora rəhbəri elan edilən Bəxtiyar Həsənov təxminən iki ay ərzində miqrantların müvəqqəti saxlanma məntəqəsində saxlanılıb. Daha sonra polis əməkdaşlarının müşayiəti ilə birbaşa hava limanına aparılaraq Rusiya ərazisindən deportasiya olunub.
Qeyd olunur ki, Bəxtiyar Həsənovun Rusiya Federasiyasının vətəndaşlığı ötən il ləğv edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.