Azərbaycanda yeni tədris ili başlayır

Sentyabrın 15-də Azərbaycanda Bilik Günü qeyd olunur.
Yeni tədris ilində 124 min şagird I sinifdə təhsilə başlayır. Ümumilikdə 1,6 milyon şagird ümumi təhsilini davam etdirir.
Yeni tədris ilində şagirdlərin təlim-tərbiyəsi ilə 121 642 müəllim məşğul olacaq.
İlk dərslər “Şəhərsalma və Memarlıq İli”nə həsr ediləcək.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 4 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayır.
Hazırda 550-dən çox təhsil müəssisəsində “Rəqəmsal məktəb” platforması tətbiq olunur.
Bununla yanaşı, 850-dən çox təhsil müəssisəsi yenilənib, 15 təhsil müəssisəsi yeni istifadəyə verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.