AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müəssisələr 4 qrupludur

  • + A
  • - A
  • Bu gün, 16:04

    Müəssisələr 4 qrupludur

    Nəsimi rayonunda 355 nömrəli körpələr evi-uşaq bağçası və 357 nömrəli uşaq bağçası fəaliyyətə başlayıb.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, hər iki məktəbəqədər təhsil müəssisəsi BŞTİ-nin tabeliyinə yeni verilib.

    Məlumata görə, bağçalar 4 qruplu olmaqla müasir tələblər əsasında qurulub və uşaqların təlim-tərbiyəsi və hərtərəfli inkişafı üçün zəruri şəraitlə təmin edilib. Müəssisələrdə azyaşlıların rahatlığı və təhlükəsizliyi üçün müvafiq tədbirlər görülüb.

    Bağçalara qəbul üçün qeydiyyat elektron sistem üzərindən həyata keçirilir. Valideynlər bq.edu.az vasitəsilə növbəyə yazıla və müraciət edə bilərlər.

    Qeyd edək ki, sözügedən bağçalar daha əvvəl Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR