“Qərbi Azərbaycanın Maarif İrsi: Unudulmaz Məktəblər” layihəsinin icrasına başlanılıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanın Maarif İrsi: Unudulmaz Məktəblər” layihəsinin icrasına başlanılıb.
Üç ay müddətində həyata keçiriləcək layihənin əsas məqsədi Qərbi Azərbaycanın zəngin maarifçilik irsinin, tarixi məktəblərinin və təhsil ənənələrinin araşdırılması, qorunması və ictimaiyyət arasında təbliğidir.
Layihə çərçivəsində Qərbi Azərbaycanda fəaliyyət göstərmiş tarixi təhsil ocaqlarının, məktəblərin və maarifçilik ənənələrinin öyrənilməsi, bu sahədə mövcud tarixi məlumatların və materialların toplanması, milli-mədəni irsimizin mühüm tərkib hissəsi olan təhsil tarixinin gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin əhəmiyyəti ondan ibarətdir ki, Qərbi Azərbaycanın maarifçilik tarixinin və burada fəaliyyət göstərmiş məktəblərin irsinin tanıdılması xalqımızın tarixi yaddaşının qorunmasına, milli kimlik və mədəni dəyərlərin təbliğinə töhfə verəcək.
Layihənin rəhbəri “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Etibar Məmmədovdur.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir və üç ay davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.